Bu gün təlimin sonuncu günüdür. Bu 12 gün ərzində bir çox məlumatlar öyrəndik. Layihənin sonuncu günündə imtahan verdik. Müəllimlərin uğurlu təqdimatlarını izlədik. Bütün layihə boyunca öyrəndiklərimə görə təlimçilərimiz Məmmədova Nəzakət və Əliyeva Könül müəlliməyə təşəkkürümü bildirirəm.
воскресенье, 13 апреля 2014 г.
среда, 9 апреля 2014 г.
Modul 11
Öyrənmə mühiti çox yaxşı təşkil edilməlidir ki, şagirdlər doğru yolda olduqlarına inansınlar. Bundan ötrü müəllimdən fasiliatorluq bacarığı tələb olunur. Əgər müəllim şagirdləri düzgün yönləndirə bilirsə deməli düzgün məqsədə nail ola bilər.
понедельник, 7 апреля 2014 г.
Modul 10
Modul 10 digərindən fərqlidir. Həm istedadlı və bacarıqlı şagirdlərlə iş, həm də ayrı-ayrı problemləri olan şagirdlərə verilən tapşırıqlar hamının birlikdə işləməsinə imkan yaradır. Bu şagirdlərdə birgə işə məsuliyyət, özünə inam, uyğunlaşma, ümumi məqsədə nail olmaq üçün başqalarının güclü tərəflərindən səmərəli istifadə kimi 21 əsr bacarıqlarının formalaşmasına kömək edəcək.
Modul 9
Bu modul qiymətləndirməni əhatə edir. Qiymətləndirmə şagird fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Əvvəlki versiyada qiymətləndirməyə yer az verilirdi və müxtəlif şagird işlərinin olması qiymətləndirmə prosesini tam aparmağa imkan vermirdi. Bu versiyada isə qiymətləndirmənin rubrik formasında aparılması şagirdlərin məsuliyyətini daha da artıracaq. Özünüqiymətləndirmənin çeklistlərlə aparılması şagirdlərin marağına səbəb olacaq. Qiymətləndirmənin bu üsullarla aparılması çox faydalı olacaq.
пятница, 4 апреля 2014 г.
Modul 8
Bu modulda biz veb-2.0 aləti olan blogdan istifadə edərək şagird nümunəsi hazırladıq. Yalnız bir şagird işinin olması və blogda yerləşdirilməsi işin asan tərəfidir.Şagird öz fikirlərini yazır. Buda işin fərqli və maraqlı olmasına imkan yaradır. Mən düşünürəm ki, işin gedişini doğru aparmışam və iştirakçıları da doğru yönəldə bilərəm. Bu da məni sevindirir.
Modul 7
Bu gün yeddinci modulda həddən artıq maraqlı məlumatlar öyrəndik. Digər İntelin versiyasından fərqli olaraq biz bobrdobr aləti ilə tanış olduq. Bu alətin köməyi ilə biz lazım olan lingləri saxlaya bilərik. Bu müəllimin işini daha da səmərəli edəcək. Bundan əlavə biz modul 7-də onlayn əməkdaşlıq haqqında geniş məlumat əldə etdik.
четверг, 3 апреля 2014 г.
Modul 6
Layihənin altıncı günündə İnternet vasitəsilə layihə üzərində işlə tanış olduq. Bu mənimçün yeni bir məlumat idi. Mövzunun əsas sualları üzərində işləmək üçün veb sənədin birgə redaktəsi layihənin gedişatı ərzində bu işi səmərəli edəcəyinə inanıram.Bu iş şagirdlər üçün də maraqlı olacaq.
среда, 2 апреля 2014 г.
Modul 5
Layihənin beşinci günündə Wiki.iteach.ru səhifəsində işləmə qaydaları ilə tanış olduq. Müəllim təqdimatının hazırlanmasını öyrəndik. Təqdimatın hazırlanmasına başlamazdan əvvəl müəyyən təqdimatlar izlədik. Bu təqdimatlar işimizdə düzgün istiqamət seçməyə kömək edəcək. Müəllim təqdimatının öncəki versiyadan fərqli olduğunu öyrəndim. Burada müəllim öz işlərini və tapşırıqlarını şagirdlərə əhatəli şəkildə göstərə bilər. Müəllim təqdimatında qiymətləndirmə cədvəlləri yerləşdirmək maraqlı idi. Layihənin gedişi mənə müsbət təsir göstərdi. Buda mənə işlərimi doğru istiqamətdə qurmağa kömək edəcək.
понедельник, 31 марта 2014 г.
Modul 4
Layihənin dördüncü günündə qiymətləndirmənin forma və üsulları ilə tanış oldum. Qiymətləndirmənin diaqnostik və formativ üsullarını öyrenmək mənə şagirdlərimə düzgün istiqamət verəcəyinə inanıram.
Modul 3.
Bu gün təlimin üçüncü günündə layihə mövzusunu keçdikdən sonra şagirdlərimi doğru istiqamətdə iş aparmağa yönəldəcəm. Seçdiyim mövzunun aktuallığı şagirdlərimdə maraq doğuracağına inanıram. Eyni zamanda gələcək təlimçilik fəaliyyətimdə də faydalı olacağına inanıram.
пятница, 28 марта 2014 г.
Modul 2
Təlimin ikinci günü daha da geniş məlumatlar öyrendim. Mövzunun öyrenilmesi planı, Blum taksonomiyası, XIX-əsr bacarıqları. Blum taksonomiyasında dərketmənin 6 səviyyəsi olduğunu öyrendim.Bilik, qavrama,tətbiq,təhlil,sintez,qiymetlendirme. Bunlardan müasir dövrdə üç səviyyə tələb olunur: təhlil-məntiqi, sintez-yaradıcı,qiymetlendirme-tənqidi.Bundan əlavə İntel 10 təlimi ilə də tanış oldum.
Modul1
Təlimin birinci günü maraqi keçdi. Veb-2 alətləri haqqında məlumat öyrəndim. Blok yaratmağı öyrəndim.
İnanıram ki, bundan sonra da maraqlı məlumatlar öyrənəcəm.
İnanıram ki, bundan sonra da maraqlı məlumatlar öyrənəcəm.
Подписаться на:
Сообщения (Atom)