Bu gün təlimin sonuncu günüdür. Bu 12 gün ərzində bir çox məlumatlar öyrəndik. Layihənin sonuncu günündə imtahan verdik. Müəllimlərin uğurlu təqdimatlarını izlədik. Bütün layihə boyunca öyrəndiklərimə görə təlimçilərimiz Məmmədova Nəzakət və Əliyeva Könül müəlliməyə təşəkkürümü bildirirəm.
gulnar
воскресенье, 13 апреля 2014 г.
среда, 9 апреля 2014 г.
Modul 11
Öyrənmə mühiti çox yaxşı təşkil edilməlidir ki, şagirdlər doğru yolda olduqlarına inansınlar. Bundan ötrü müəllimdən fasiliatorluq bacarığı tələb olunur. Əgər müəllim şagirdləri düzgün yönləndirə bilirsə deməli düzgün məqsədə nail ola bilər.
понедельник, 7 апреля 2014 г.
Modul 10
Modul 10 digərindən fərqlidir. Həm istedadlı və bacarıqlı şagirdlərlə iş, həm də ayrı-ayrı problemləri olan şagirdlərə verilən tapşırıqlar hamının birlikdə işləməsinə imkan yaradır. Bu şagirdlərdə birgə işə məsuliyyət, özünə inam, uyğunlaşma, ümumi məqsədə nail olmaq üçün başqalarının güclü tərəflərindən səmərəli istifadə kimi 21 əsr bacarıqlarının formalaşmasına kömək edəcək.
Modul 9
Bu modul qiymətləndirməni əhatə edir. Qiymətləndirmə şagird fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Əvvəlki versiyada qiymətləndirməyə yer az verilirdi və müxtəlif şagird işlərinin olması qiymətləndirmə prosesini tam aparmağa imkan vermirdi. Bu versiyada isə qiymətləndirmənin rubrik formasında aparılması şagirdlərin məsuliyyətini daha da artıracaq. Özünüqiymətləndirmənin çeklistlərlə aparılması şagirdlərin marağına səbəb olacaq. Qiymətləndirmənin bu üsullarla aparılması çox faydalı olacaq.
пятница, 4 апреля 2014 г.
Modul 8
Bu modulda biz veb-2.0 aləti olan blogdan istifadə edərək şagird nümunəsi hazırladıq. Yalnız bir şagird işinin olması və blogda yerləşdirilməsi işin asan tərəfidir.Şagird öz fikirlərini yazır. Buda işin fərqli və maraqlı olmasına imkan yaradır. Mən düşünürəm ki, işin gedişini doğru aparmışam və iştirakçıları da doğru yönəldə bilərəm. Bu da məni sevindirir.
Modul 7
Bu gün yeddinci modulda həddən artıq maraqlı məlumatlar öyrəndik. Digər İntelin versiyasından fərqli olaraq biz bobrdobr aləti ilə tanış olduq. Bu alətin köməyi ilə biz lazım olan lingləri saxlaya bilərik. Bu müəllimin işini daha da səmərəli edəcək. Bundan əlavə biz modul 7-də onlayn əməkdaşlıq haqqında geniş məlumat əldə etdik.
четверг, 3 апреля 2014 г.
Modul 6
Layihənin altıncı günündə İnternet vasitəsilə layihə üzərində işlə tanış olduq. Bu mənimçün yeni bir məlumat idi. Mövzunun əsas sualları üzərində işləmək üçün veb sənədin birgə redaktəsi layihənin gedişatı ərzində bu işi səmərəli edəcəyinə inanıram.Bu iş şagirdlər üçün də maraqlı olacaq.
Подписаться на:
Сообщения (Atom)